Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Hazırda oxunan: Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi
593975
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NASA tərəfindən yaxından izlənilən və Mars ilə Yupiter arasındakı Asteroid Qurşağında yerləşən 16 Psyche asteroidi, tərkibindəki metal zənginliyi ilə elm dünyasını heyrətə gətirib.

Bizim.Media xəbər verir ki, bu asteroid digərlərindən fərqli olaraq buz və ya qayadan deyil, demək olar ki, tamamilə metaldan ibarətdir. 

Alimlərin hesablamalarına görə, asteroidin tərkibindəki qızıl, dəmir və nikelin ümumi dəyəri 10.000 katrilyon dollardır.

Müqayisə üçün qeyd edək ki, bu məbləğ bütün dünya iqtisadiyyatının cəmindən dəfələrlə çoxdur.
 

Məqalədə qeyd olunur ki, əgər bu asteroiddəki bütün qiymətli metalları Yer kürəsinə gətirmək mümkün olsa, qızılın və digər qiymətli metalların nadir olma xüsusiyyəti itəcək. Bu isə qızılın qiymətinin kəskin ucuzlaşaraq “zibil” səviyyəsinə düşməsi və dünya maliyyə sisteminin çökməsi deməkdir.


NASA artıq bu “metal dünya”nı araşdırmaq üçün Psyche missiyasını işə salıb. Kosmik gəminin asteroidə çatması və onun nüvəsini araşdırması planlaşdırılır. Bu tədqiqat təkcə iqtisadi deyil, həm də elmi əhəmiyyət kəsb edir, çünki Psyche-nin parçalanmış bir planetin nüvəsi olduğu düşünülür.

Asteroiddəki sərvətin dəyəri astronomik olsa da, hazırkı texnologiya ilə həmin metalları Yerə gətirmək və emal etmək hələlik qeyri-mümkündür.

Lakin bu kəşf gələcəkdə “kosmos mədənçiliyi”nin (space mining) nə dərəcədə əhəmiyyətli olacağını göstərir. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO