Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

Hazırda oxunan: Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ
579804
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 10-da 367 milyon 021 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bizim.Media TAP-ın elektron platformasına istinadən xəbər verir ki, bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 4,91 % çoxdur.

Kipoi çıxış nöqtəsindən noyabrın 11-dən noyabrın 16-dək hər gün üçün 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
 

Bu, noyabrın 4-6-na olan sifariş göstəriciləri ilə müqayisədə 0,53 %, noyabrın 7-sinə nisbətən təxminən 0,54 %, noyabrın 8-9-u ilə müqayisədə isə 5,18 % azdır.


Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 10-dan noyabrın 16-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 10-dan noyabrın 16-dək hər gün üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 10-da 288 milyon 332 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 3-dəki olan sifariş göstəricisi ilə müqayisədə 6,48 % çoxdur.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 11-dən 16-dək hər gün üçün 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib.

Bu, noyabrın 4, 5 və 6-sına olan sifariş göstəriciləri ilə müqayisədə 0,47 %, noyabrın 7-sinə nisbətən isə 0,99 %, azdır. Eyni zamanda, Melenduqno çıxış nöqtəsindən noyabrın 8 və 9-na olan sifariş göstəriciləri ilə müqayisədə qazın tədarükü 6,51 % azalıb.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO