“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? – RƏSMİ AÇIQLAMA

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? – RƏSMİ AÇIQLAMA
579404
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. Maraqldır ki, qoyun əti əsasən qeyri-müsəlman ölkələrdən igətirilir. Bu da müəyyən narahatlıq yaradır. Çünki islam qaydalarına uyğun formada kəsilmiş heyvanların müsəlmanlara təklif edilməsi həm mənəvi, həm də İslami baxımdan doğru deyil.

Bəs bu məsələni necə tənzimləmək olar?
 

MÖVZU İLƏ BAĞLI:

Monqolustan əti niyə 12 manatdır? - SƏBƏBİ BİLİNDİ - ARAŞDIRMA


Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərdik. Qurumun mətbuat katibi İlkin Kərimov Bizim.Media-ya bildirib ki, AQTA göndərilən ölkəyə idxal olunan məhsulların minimum keyfiyyət təhlükəsizliyinə nəzarət edir:

“Belə ki, mal gömrük ərazisinə daxil olanda tərəfimizdən həm sənəd, həm eynilik, həm də fiziki nəzarət tədbirləri həyata keçirilir. Bu zaman məhsulların tərkib göstəriciləri yoxlanılır, laborator analizlər götürülür. nümunələr uyğun olduqda o zaman məhsullara idxal sağlamlıq aktları verilir, dövriyyəyə buraxılır.

“Halal” məsələsi ilə bağlı biz onu deyə bilərik ki, əgər ölkəyə məhsul idxal edən şəxs bəyan edirsə ki, ölkəyə “halal ət” və yaxud “halal kolbasa” gətirir, o zaman bəyan etdiyi məlumatla, gətirilən məhsulun faktiki tərkibi laborator analizə cəlb edilir və müvafiq qərar verilir. “Halal” standartı isə məcburi yox, könüllüdür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO