“Kristal”ın “Park Yasamal” layihəsində 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir!

“Kristal”ın “Park Yasamal” layihəsində 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir!

Hazırda oxunan: “Kristal”ın “Park Yasamal” layihəsində 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir!
574572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kristal”ın “Park Yasamal” layihəsində mənzil satışları 15%-dən başlayan ilkin ödənişlə davam edir.

Bu layihədən mənzil almaq istəyənlər üçün müxtəlif ölçüyə və plana malik mənzil seçimləri mövcuddur. Şərtlər sadə, seçim isə müxtəlifdir. Məsələn, 2 otaq studiya, 42,49 m² mənzilə cəmi 18 165 manat, 2 otaq, 55,54 m² mənzil üçün isə 22 078 manat ilkin ödəniş kifayətdir. Daha yüksək kvadratlı mənzillər üçün də sərfəli şərtlər mövcuddur.

“Kristal”ın “Park Yasamal” layihəsində 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir! - foto 1

Kompleksdə hazır və inşası davam edən binalarda 37,86 m²-dən 120,47 m²-ə qədər 2, 3, 4 otaqlı və studiya tipli mənzillər də satışdadır.

“Park Yasamal” yaşayış kompleksi Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə yaxın, əsas yollara rahat çıxışı olan əlverişli ərazidə yerləşir. Burada şəhərin dinamik həyatı ilə təbiətin sakitliyini bir arada yaşamaq mümkündür.

“Kristal”ın “Park Yasamal” layihəsində 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir! - foto 2

Böyük bir kompleksin davamı olaraq inşa edilən “Park Yasamal”da sakinlərin gündəlik həyatda ehtiyac duyduğu hər şey bir aradadır: 5 hektarlıq yaşıllıq ərazini əhatə edən geniş park, gölətrafı bulvar, kompleks daxilində fəaliyyət göstərəcək məktəb və bağça, fitnes mərkəzi, xəstəxana, supermarketlər və müxtəlif iaşə obyektləri sakinlərin həyatını daha rahat və balanslı edəcək.

Binaların memarlıq görünüşündə estetik detallar qədər sakinlərin komfortu və enerji qənaəti də əsas önəmdə tutulub. “Park Yasamal”da istifadə olunan daş yunu izolyasiyası mənzillərdə həm yayda sərinlik, həm qışda istilik saxlayaraq optimal temperaturu qoruyur və enerji itkisini minimuma endirir. Bu da sakinlərə kommunal xərclərə qənaət imkanı yaradır.

“Kristal”ın “Park Yasamal” layihəsində 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir! - foto 3

Bundan əlavə, burada səs-küy problemi də aradan qaldırılıb: mənzillər arası divarlar və döşəmə-tavan arası xüsusi izolyasiya materialı ilə işlənilir, beləliklə, səs keçiricilik demək olar ki, sıfıra endirilir. Həmçinin, qapalı avtodayanacaqda hər bir mənzil sahibi üçün ayrıca yer nəzərdə tutulub.

“Kristal”ın “Park Yasamal” layihəsində 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir! - foto 4

Kompleksdəki bütün mənzillər tam təmirli təhvil verilir. Təmir zamanı beynəlxalq keyfiyyət standartlarına cavab verən Avropa brendlərindən istifadə edilir. Mənzilləri nağd və ya 15%-dən başlayan ilkin ödənişlə 20 ilədək ipoteka krediti ilə əldə edə bilərsiniz. Layihənin satış ofisinə yaxınlaşmaqla mənzillərlə və satış şərtləri ilə yerindəcə tanış ola bilərsiniz.

Ətraflı: *1544

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi (3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin arxası)

kristal.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO