Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olundu - FOTO

Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olundu - FOTO
574480
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytin ticarət və sənaye naziri Xəlifə Abdullah Dhahi Al-Ajeel Al-Askar ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, görüşdə hər iki ölkənin iqtisadi əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçirilib, ticarət və investisiyaların artırılmasının, biznes əlaqələrinin yeni təşəbbüs və layihələrlə şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb.
 

Azərbaycanın əlverişli biznes mühiti və sənaye zonalarında sərmayə imkanları barədə məlumat verilib. Su və tullantıların idarə edilməsi, nəqliyyat, kənd təsərrüfatı, bərpaolunan enerji və digər sahələrdə dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlıq perspektivləri qeyd olunub.


Mikayıl Cabbarov Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin neft naziri Tariq Süleyman Əhməd Al-Rumi ilə görüşüb. Görüşdə ikitərəfli iqtisadi əlaqələrin güclənməsindən məmnunluq ifadə olunub, ənənəvi və bərpaolunan enerji istiqamətində əməkdaşlıq, emal layihələrində iştirak perspektivləri dəyərləndirilib. Azərbaycanın regional və qlobal enerji layihələrində uğurlu təmsilçiliyi, dayanıqlı iqtisadiyyata keçiddə resursların səmərəli idarə edilməsi barədə mövqeyi diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan uzun illərdir enerji sahəsində sabit tərəfdaş kimi çıxış edir və regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

İqtisadiyyat naziri “Alshaya Group” şirkətinin sədri Məhəmməd Alşaya ilə görüşündə qlobal biznes mühitində yeni imkanlar və innovativ həllər sahəsində potensial əməkdaşlıq və qabaqcıl təcrübələrin ölkəmizə transferi müzakirə olunub. Görüş zamanı Azərbaycanın əlverişli investisiya mühiti, regional bazarlara çıxış imkanları, turizm, ticarət və xidmət sektorlarının inkişaf perspektivləri barədə məlumat verilib.

“Alshaya Group”un pərakəndə ticarət, ictimai iaşə və xidmət sahələrində beynəlxalq təcrübəsinin Azərbaycanda tətbiqi, yerli biznes subyektləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
 

Mikayıl Cabbarov səfər çərçivəsində “Bukhamseen Group Holding Company” şirkətinin sədr müavini və baş icraçı direktoru Emad Buxamsin ilə görüş keçirib. Görüşdə Azərbaycanın inklüziv biznes mühiti və beynəlxalq şirkətlərlə tərəfdaşlığın inkişafı üçün stimullaşdırıcı tədbirlər barədə məlumat verilib, potensial sahələr üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.


Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamətdir və bu çərçivədə beynəlxalq tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa xüsusi önəm verilir.

Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olundu - FOTO - foto 1
Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olundu - FOTO - foto 2
Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olundu - FOTO - foto 3
Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olundu - FOTO - foto 4
Azərbaycanla Küveyt arasında strateji əməkdaşlıq imkanları müzakirə olundu - FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO