Ermənilər cəbhəyə könüllüləri yerləşdirir

Ermənilər cəbhəyə könüllüləri yerləşdirir

Hazırda oxunan: Ermənilər cəbhəyə könüllüləri yerləşdirir

51144
Ermənilər Laçından gələn könüllüləri postlara yerləşdiriblər.

İlk belə 100 nəfərlik dəstə ön cəbhədədir. 

Ermənilər bunun cəbhədə erməni əsgərlərinin ruh yüksəkliyinin artırılması üçün edildiyini açıqlayıblar. Könüllülər içərisində 1-ci Qarabağ müharibəsində döyüşən erməni veteranlarının da olduğu deyilir.

Xatırladaq ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. 

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.


ANS PRESS
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO