Kəlbəcərlilər yurdlarına sahibkar kimi qayıdırlar

Kəlbəcərlilər yurdlarına sahibkar kimi qayıdırlar

Hazırda oxunan: Kəlbəcərlilər yurdlarına sahibkar kimi qayıdırlar
3483
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına Kəlbəcər sakinləri də qoşulublar.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Kəlbəcər sakinləri proqramın dəstəyi ilə kiçik ailə təsərrüfat və müəssisələrini yaradıblar. Proqram çərçivəsində bir neçə kəlbəcərli sahibkarlar maldarlıqla məşğul olacaqlar. 

Məşğulluq proqramına qoşulanlar arasında dərzi, bərbər kimi digər peşələrlə məşğul olanlar da var.

Özünəməşğulluq proqramına qoşulan kəlbəcərlilər deyirlər ki, öz yurd-yuvalarına dönən kimi dərhal həmin sahələrin tətbiqinə başlayacaqlar. 

Kəlbəcərlilər təbiətin minbir gözəllik bəxş etdiyi, torpağı barlı-bərəkətli rayonda öz ailə təsərrüfat və müəssisələrini uğurla inkişaf etdirəcəklərini əminliklə söyləyirlər.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO