Azərbaycan Mərkəzi Bankına təyinat olub

Azərbaycan Mərkəzi Bankına təyinat olub

Hazırda oxunan: Azərbaycan Mərkəzi Bankına təyinat olub
266912
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təyin edilib.

Bizim.Media “banker.az”a istinadla xəbər verir ki, AMB sədri Taleh Kazımovun əmri ilə bu vəzifəyə Gülzar Tahirova İslam qızı təyinat alıb.

Qeyd edək ki, Gülzar Tahirova 16 ildir Mərkəzi Bankda çalışır. O, 2022-ci ilin aprelindən bəri Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentində direktor müavini vəzifəsini icra edirdi.

Xatırladaq ki, Tədqiqatlar departamentinin fəaliyyətinin əsas məqsədi ölkədə makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin təmin olunması, habelə ölkənin sosial-iqtisadi inkişafının dəstəklənməsi istiqamətində fundamental tədqiqatlar aparmaq, effektiv pul siyasətinin formalaşmasına və həyata keçirilməsinə imkan verən tədqiqat bazasının inkişafını və genişlənməsini təmin etməkdir.


Tədqiqatlar departamentinin sturukturunda 4 şöbə var. Bunlar Makroiqtisadi tədqiqatlar şöbəsi; Modelləşdirmə və proqnozlaşdırma şöbəsi; Mikroiqtisadi tədqiqatlar şöbəsi və Beynəlxalq iqtisadiyyat şöbəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO