Rusiya qazı Azərbaycan vasitəsilə İrana nəql oluna bilər – Səfirdən AÇIQLAMA

Rusiya qazı Azərbaycan vasitəsilə İrana nəql oluna bilər – Səfirdən AÇIQLAMA

Hazırda oxunan: Rusiya qazı Azərbaycan vasitəsilə İrana nəql oluna bilər – Səfirdən AÇIQLAMA
266878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İran Rusiya qazının Azərbaycandan tranzit yolu ilə tədarükünə yaxın vaxtlarda başlamağı gözləyir”. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a açıqlamasında İran İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

Onun sözlərinə görə, artıq “Qazprom”la danışıqların böyük hissəsi yekunlaşıb:
 

“Ümid edirik ki, bu, yaxın müddətdə reallaşacaq. Hazırda “Qazprom”la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər həll olunub. Sadəcə, qiymət mövzusunda ortaq məxrəcə gəlmək lazımdır. Bu məsələ də həllini tapsa, proses işə düşəcək”, – deyə səfir vurğulayıb.


Xatırladaq ki, bundan əvvəl Rusiya energetika naziri Sergey Tsivilyov Moskva və Tehran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında çıxış edərək bildirmişdi ki, Rusiyadan Azərbaycandan keçməklə ilk qaz tədarükü 2025-ci ildə başlayacaq. Həcmin illik 1,8 milyard kubmetrədək olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO