Azərbaycanda ət bahalaşacaq - SƏBƏB

Azərbaycanda ət bahalaşacaq - SƏBƏB

Hazırda oxunan: Azərbaycanda ət bahalaşacaq - SƏBƏB
256858
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mal-qara üçün əsas yem mənbəyi sayılan quru otun qiymətində ciddi bahalaşma müşahidə olunur.

Bizim.Media "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə yüksək olsa da, ot bazarında qiymətlər hələ də yüksək səviyyədə qalır.

Tovuzda satıcılar qiymətlərin nisbətən aşağı düşdüyünü iddia etsələr də, alıcılar əksini deyir və qiymətlərin əvvəlki kimi yüksək olduğunu bildirirlər.

Hazırda Şəki və İsmayıllı bölgələrində quru otun bir bağlaması 4-6 manat arasında satılır. Bazarda otun qiyməti 2 manatdan başlayır, lakin heyvanlar üçün daha faydalı sayılan yonca və vələmirin bağlaması 4-5 manatdan da yuxarı təklif olunur.
 

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı bildirib ki, yem və digər təsərrüfat xərclərinin artması sonda ət məhsullarının da bahalaşmasına gətirib çıxarır. Onun sözlərinə görə, yaxın vaxtlarda ətin qiymətində yenidən artımın baş verməsi qaçılmazdır.


Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO