Ət BAHALAŞACAQ – Bu TARİXDƏ

Ət BAHALAŞACAQ – Bu TARİXDƏ

Hazırda oxunan: Ət BAHALAŞACAQ – Bu TARİXDƏ
250900
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. Fətva Qazılar Şurasının bugünkü geniş toplantısında qəbul olunub.

Qeyd edək ki, bu il üçün Azərbaycanda Qurban bayramı 6-7 iyunda qeyd olunacaq.

Qurban bayramının gəlişi könüllərə iman və dinclik gətirməklə yanaşı bazarlarda bir canlanma yaradır. Çünki ənənəvi olaraq Qurban bayramı ərəfəsində diri heyvanların bahalaşması müşahidə olunur.

Bu il də oxşar vəziyyət olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, bu il də ənənəvi olaraq heyvanlar bahalaşacaq:

“Artıq Qurban bayramı ərəfəsində ətin və heyvanların qiymətinin bahalaşması ənənə halını alıb. Baxmayaraq ki, yay aylarında ətə tələbat o qədər də yüksək olmur. Bununla belə Qurban bayramı ərəfəsində qiymətlərin artması qaçılmazdır”.

Bununla belə, müsahibimiz hesab edir ki, bahalaşma elə də kəskin olmayacaq:

“Çünki havaların istiləşməsi tələbatı azaldır. Əhalinin alıcılıq qabiliyyətinin aşağı olması da buna imkan vermir. Ona görə də Qurban bayramı ərəfəsində ətin qiymətinin yüksək dərəcədə bahalaşacağını düşünmürəm. Müəyyən imkanlı şəxslərin qurban kəsməsilə bazarda tələbat artacaq. Həmin tələbin artmasına adekvat olaraq da qiymət müəyyən qədər bahalaşacaq. Amma bayramdan sonra qiymətlərin öz məcrasına qayıdacağı da gözləniləndir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO