Vətəndaşlar maaşlarını istədikləri bankdan ala biləcəklər - YENİLİK

Vətəndaşlar maaşlarını istədikləri bankdan ala biləcəklər - YENİLİK

Hazırda oxunan: Vətəndaşlar maaşlarını istədikləri bankdan ala biləcəklər - YENİLİK
245996
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəkindən bir qədər gərgin müzakirə oldu".

Bizim.Media xəbər verir ki, bu sözləri maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, görüşdə 30-dan çox sual ətrafında konstrurktiv müzakirələr aparılıb:
 

"Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşları və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.


Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir", - deyə Ə.Həsənov bildirib.

Vətəndaşlar maaşlarını istədikləri bankdan ala biləcəklər - YENİLİK - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO