ŞAD XƏBƏR - Bu şəxslərə pulsuz mənzillər veriləcək -VİDEO

ŞAD XƏBƏR - Bu şəxslərə pulsuz mənzillər veriləcək -VİDEO

Hazırda oxunan: ŞAD XƏBƏR - Bu şəxslərə pulsuz mənzillər veriləcək -VİDEO
234571
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mənzil Məcəlləsinə təklif edilən dəyişikliklər sosial kirayə mənzil müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin əldə edilməsi, eyni zamanda,  həmin vətəndaşlarımızın qeydiyyatı ilə bağlı praseduranın təkminləşdirilməsi məqsədi daşıyır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında deputat Vüqar Bayramov aztəminatlı ailələrə sosial mənzil fondundan ev verilib-verilməyəcəyi məsələsidən danışarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Məcburi köçkünlər üçün tikilmiş mənzillər SATIŞDA – ÜNVANLAR


Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən şəhid ailələri, müharibə qaziləri, əlilliyi müəyyən edilmiş vətəndaşlarımız və eyni zamanda aztəminatlı vətəndaşlarımızın sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır:

“Yeni dəyişikliklərə,  yeni yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir.

Yeni qaydalara əsasən sosial mənzil məcəlləsinin 48 - ci maddəsində dəyişikliklər təklif edilib. Bu  sosial  kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Həmin maddəyə əsasən sosial kirayə müqavilələri əsasında bütövlükdə yaşayış sahələri ehtiyacı olan aztəminatlı vətəndaşlar, o cümlədən, sosial müdafiəyə ehtiyacı olan gənclərə və digər kataqoriyadan olanlara təklif edilir. Vətəndaşlar qeydiyyatdan keçməklə qeyd edilən qaydalardan istifadə etmək hüququna malikdir” - deyə deputat bildirib.

Qeyd edək ki, Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.



Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO