Azərbaycanda bəzi şəxslərə AVTOMOBİL VERİLƏCƏK

Azərbaycanda bəzi şəxslərə AVTOMOBİL VERİLƏCƏK

Hazırda oxunan: Azərbaycanda bəzi şəxslərə AVTOMOBİL VERİLƏCƏK

225044

Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərə dövlət büdcəsi hesabına minik avtomobilləri veriləcək. 

Bizim.Media “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, qəzanın nəticələrinin ləğvində iştirakla əlaqədar əlil olmuş və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan daha 39 şəxs avtomobillə təmin olunacaq. 
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi avtomobillərin satın alınması ilə bağlı "Azərmaş Park" şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, qurum 39 minik avtomobilinin satın alınması ilə əlaqədar şirkətə 682 500 manat ödəyib. 


Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı diqqətdə saxlanılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO