Dörd nəfərlik ailəyə bir ayda nə qədər pul lazımdır? - VİDEO

Dörd nəfərlik ailəyə bir ayda nə qədər pul lazımdır? - VİDEO

Hazırda oxunan: Dörd nəfərlik ailəyə bir ayda nə qədər pul lazımdır? - VİDEO

223582

Ölkədə maaşlar bölgələr üzrə kəskin fərqlənir. Son məlumata görə, Xankəndidə orta aylıq əməkhaqqı 1 771, Bakıda 1 258 manat olsa da, Qaxda bu göstərici 532 manatdır.

Bizim.Media xəbər verir ki, bununla belə, 2024-cü ildə yaşayış minimumu ölkə üzrə 270 manatdır.

Bu göstəriciyə əsasən, minimum yaşayış səviyyəsi üçün ay ərzində əməkqabiliyyətli şəxslərə 287, uşaqlara 235, dörd nəfərdən ibarət ailə üçün isə minimum 1 044 manat pul lazımdır.

İqtisadçı Rəşad Həsənov bildirib ki, hökumətin əsas hədəflərindən biri minimum əməkhaqqı səviyyəsinin orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması istiqamətində idi:

"Bu da təxminən hazırkı dövr üçün 600-650 manat olması anlamına gəlirdi. Amma hələlik bu göstəriciyə nail olmaq mümkün olmayıb".

Ekspert, həmçinin yaşayış minimumu göstəricisinin müəyyən olunmasında nöqsanlar olduğunu deyir. O hesab edir ki, bu göstərici əməkqabiliyyətli əhali üçün 400-450 manatdır. Lakin rəsmi göstəriciyə əsaslandıqda belə ölkədə minimum əməkhaqqı 600 manat təşkil etməlidir.
 

Qeyd edək ki, hazırda minimum əməkhaqqı 345 manatdır. 2025-ci ildə isə bu rəqəmin 400 manata çatdırılması nəzərdə tutulur.


Daha ətraflı Baku TV-nin materialında:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO