ABŞ şirkəti ilə bərpaolunan enerji resurslarından istifadə müzakirə olundu - FOTO

ABŞ şirkəti ilə bərpaolunan enerji resurslarından istifadə müzakirə olundu - FOTO

Hazırda oxunan: ABŞ şirkəti ilə bərpaolunan enerji resurslarından istifadə müzakirə olundu - FOTO
221633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf “Honeywell Energy and Sustainability Solutions” şirkətinin prezidenti və baş icraçı direktoru Ken Vest ilə görüşüblər.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, qonaqlara Azərbaycanın yaşıl enerji siyasəti və ölkəmizdə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.

Sənayenin rəqəmsallaşdırılması, dayanıqlılıq, enerji keçidi, insan kapitalının inkişafı istiqamətləri üzrə ölkəmizin qarşısında duran prioritetlər diqqətə çatdırılıb.
 

Görüşdə biznes mühitində dayanıqlı fəaliyyətə keçid, bərpaolunan enerji resurslarından istifadə və iqtisadiyyatda innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin enerji keçidi istiqamətində təşəbbüslər üçün əhəmiyyəti qeyd edilib.


Tərəflər, həmçinin “Honeywell” şirkəti tərəfindən təqdim edilən innovativ həllərin Azərbaycanda dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsi üçün potensial əhəmiyyəti və iqtisadiyyatın bir çox sahələrində səmərəli fəaliyyətin təşkili barədə fikir mübadiləsi aparıblar.

ABŞ şirkəti ilə bərpaolunan enerji resurslarından istifadə müzakirə olundu - FOTO - foto 1
ABŞ şirkəti ilə bərpaolunan enerji resurslarından istifadə müzakirə olundu - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO