Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzaladı – FOTO

Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzaladı – FOTO

Hazırda oxunan: Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzaladı – FOTO
220809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və Qırğızıstan arasında enerji əməkdaşlığı üzrə sənədlər imzalanıb. 

Bu barədə Bizim.Media-ya Energetika Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşüb. Görüşdə ikitərəfli enerji əməkdaşlığına dair müzakirələr aparılıb. 
 

Görüşdən sonra “Azərbaycan Respublikası və Qırğız Respublikasının energetika sahəsində əməkdaşlığı üzrə 2024-2025-ci illəri əhatə edən Yol Xəritəsi” imzalanıb. Sənəd neft-qaz, bərpa olunan enerji sahəsində əməkdaşlığı, Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutur. 


Bundan başqa, Qırğız Respublikasının Nazirlər Kabineti yanında Dövlət Təşkilatı “Yaşıl Enerji Fondu” ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Azərbaycan Bərpa Olunan Enerji Agentliyi arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb. 

Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzaladı – FOTO - foto 1
Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzaladı – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO