Azərbaycan İsraildə turizm bürosu yaratmaq istəyir

Azərbaycan İsraildə turizm bürosu yaratmaq istəyir

Hazırda oxunan: Azərbaycan İsraildə turizm bürosu yaratmaq istəyir
18756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İsrail Azərbaycanın üçüncü ən böyük ixracat istiqaməti olaraq qalır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat naziri və Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov əlavə edib ki, Azərbaycan gələn il İsraildə turizm bürosu yaratmaq istəyir:

“Gizli deyil ki, ikitərəfli ticarətdə neft və qaz sahəsi mərkəzi yer tutur. Amma bunun daha da genişləndirilməsini istəyirəm.

Xüsusən də turizm, kənd təsərrüfatı və aqrotexnika sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Həmçinin kiber müdafiə, təhsil, su ehtiyatları və səhiyyə sahəsində də əməkdaşlıq etmək istərdik.

2019-cu ildə əsası qoyulan və qısa müddətdə müsbət təsiri olan ikitərəfli iqtisadi əməkdaşlıq forumun fəaliyyətini yeniləmək niyyətindəyik. Bu baxımdan İsraildə turizm bürosunun açılmasının da əhəmiyyətli mesaj verəcək. Eynilə, texnologiya sahəsində də İsrail ilə əlaqələrin daha da yaxşılaşdırılmasında maraqlıyıq”.

Nazir həmçinin Azərbaycanda biznesə verilən dəstəkdən də söz açıb.

Qeyd edək ki, 2019-cu ildə İsraillə Azərbaycan arasında ticarət dövriyyəsi 1,4 mlrd ABŞ doları olub. Pandemiya səbəbindən ötən il bu göstəricilərdə (465,7 mln ABŞ dolları) geriləmə qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO