Azərbaycan banklarından pul və qızıl külçələr oğurlayan şəxslər ABŞ-da həbs edildi

Hazırda oxunan: Azərbaycan banklarından pul və qızıl külçələr oğurlayan şəxslər ABŞ-da həbs edildi

18679

Nyu-York şəhərinin Bruklin səmtində yaşayan 3 sakini ortaqları ilə birgə xarici banklardan 30 milyon dollardan artıq oğurluq etməkdə və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı ABŞ Prokurorluğunun Nyu-Yorkun Şərq dairəsindəki Ədliyyə departamenti yayıb.

Məhkəmə iddianaməsində  2015-ci ilin mart ayından 2019-cu ilə kimi olan dövr ərzində 56 yaşlı Valya Kuper (“Valya Konon” və “Valeri Kononeko” kimi tanınır),  52 yaşlı Aleks Levin və 49 yaşlı Qarri Smitin (“İqor Berk” və “İqor Berkoviç” kimi tanınır) Azərbaycan və Rusiya da daxil olmaqla bir çox xarici banklardan 30 milyon dollardan çox nağd pul və digər dəyərli əşyaları oğurladıqları iddia olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bank hesablarından pul oğurlayan qadın həbs edildi


Ukrayna, Makedoniya, Moldova, Latviya və Özbəkistan kimi ölkələrin bankları da cinayətkarların hücumuna məruz qalıb.

Cinayətkarlar əsasən mühafizə  kameralarında çatışmazlıqlar olan bankları hədəf alıblar. 

Onlar qarət edikləri banklarda əvvəlcə  özlərini müştəri kimi təqdim edərək bankın seyfinə daxil olaraq seyflərin foto şəkillərini çəkiblər.

Digər müştərilərə məxsus seyflərin kilidlərinin şəkillərini çəkmək üçün adətən tibbi prosedurlarda işlədilən boreskoplardan istifadə ediblər. Daha sonra  cinayətkarlar fotoşəkillərdə görünən açarların surətini çıxarıblar.

Nəticədə onlar  hazırladıqları dublikat açarlardan istifadə ederək içərisində pul, qızıl külçələr, zinət əşyaları və digər dəyərli əşyaların saxlandığı seyfləri qarət ediblər.

Təqsirləndirilən şəxslər dünən həbs edilərək məhkəmə qarşısına çıxarılıb. Onlar günahları sübuta yetirildiyi təqdirdə 20 ilədək həbs cəzası alacaqlar.

ABŞ prokuroru vəzifəsini icra edən Lesko araşdırma işində göstərdikləri köməyə görə Avropa Birliyi Hüquq Mühafizəsi Əməkdaşlıq Agentliyinə (Europol),  Azərbaycan, Latviya, Moldova, Şimali Makedoniya, Ukrayna və Özbəkistan hökumətlərinə minnətdarlığını bildirib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO