Bu ərazilərdə kirayə evlər kəskin BAHALAŞIB - QİYMƏTLƏR/VİDEO

Bu ərazilərdə kirayə evlər kəskin BAHALAŞIB - QİYMƏTLƏR/VİDEO

Hazırda oxunan: Bu ərazilərdə kirayə evlər kəskin BAHALAŞIB - QİYMƏTLƏR/VİDEO
186617
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın bəzi rayonlarının kəndlərində kirayə evlərin qiyməti kəskin bahalaşıb. Bir müddət əvvəl 150 manata kirayə verilən evlər indi 400 manata təklif edilir.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, artıq 4 ilə yaxındır ki, Qarabağda sürətli quruculuq işləri görülür. İşğaldan azad olunmuş  ərazilərdə bu müddət ərzində xeyli tikinti işləri görülüb, minlərlə yeni iş yeri yaradılıb.

İş üçün həmin ərazilərə gedən insanlar da ən yaxın kəndlərdən kirayə ev tuturlar. Tələbin çox olması isə qiymətləri 2-3 dəfə artırıb.

Bölgələrdə fəaliyyət göstərən rieltorlar deyirlər ki, kirayə verilən evlər orta şəraitli kənd evləridir. Ailəli şəxslər üçün verilən evlərlə subaylara verilən evlər arasında fərq var. Hətta evdə bir neçə nəfər qalırsa, əlavə şəxsə görə də pul ödənir.
Rieltorların sözlərinə görə, tələbin çox olduğu ərazilər Füzulinin Horadiz və Ağdamın Quzanlı qəsəbəsi, eləcə də Tərtərin Poladlı və Evoğlu kəndləridir.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO