“Baykar” şirkəti ötən il nə qədər VERGİ ÖDƏYİB? - FOTO

Hazırda oxunan: “Baykar” şirkəti ötən il nə qədər VERGİ ÖDƏYİB? - FOTO

185781

“Türkiyənin “Baykar” şirkəti 2023-cü ildə 6,4 milyard TL vergi ödəyib”.

Bu barədə Bizim.Media-ya “Baykar” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, şirkətin vergi ödənişləri ilə yanaşı yardım fəaliyyətləri də davam edir.

“2021 və 2022-ci illərdə vergi rekordçusu olan firma ortaqları Selçuk Bayraktar və Haluk Bayraktar isə 800 milyon TL vergi ödəyib. Bundan əlavə, “Baykar” olaraq zəlzələ fəlakətindən sonra millətimiz qarşısında məsuliyyətimizi unutmadıq. 

Konteyner şəhərləri qurduğumuz zəlzələ bölgəsində 1012 daimi yaşayış binasının tikintisi hazırda sürətlə davam edir. Zəlzələdən zərər çəkmiş qardaş və bacılarımıza və Fələstin xalqına 5 milyard TL yardım etdik. Təkcə 2023-cü ildə vergilər və ianələr hesabına ölkəmizə birbaşa olaraq 12,2 milyard TL töhfə vermişik”, - deyə qurumdan bildirilib.


Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO