Azərbaycanda ötən il 44 min 500 qadın işlə təmin olunub

Azərbaycanda ötən il 44 min 500 qadın işlə təmin olunub

Hazırda oxunan: Azərbaycanda ötən il 44 min 500 qadın işlə təmin olunub
181357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda ötən il ərzində 44 min 500 qadın işlə təmin olunub.

Bizim.Media xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Bakıda keçirilən "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, 2023-cü il ərzində 427 minə qədər şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

"Bununla yanaşı, 5300 qadın əmək bazarına uyğun olan peşə kurslarına cəlb edilib. Dövlətin məşğulluq siyasətindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Bu sahədə aparılan işlərin müsbət nəticəsi olaraq əmək bazarında qadınların iştirak səviyyəsi ildən-ilə artır. Hətta bir sıra sahələrdə işləyənlərin daha böyük hissəsini qadınlar təşkil edirlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aktiv məşğulluq proqramlarında qadınların iştirakına önəm verilir”, - deyə nazir müavini əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO