Azərbaycan və Qazaxıstan arasında enerji sahəsində strateji tərəfdaşlıq MÜZAKİRƏ EDİLİB

Hazırda oxunan: Azərbaycan və Qazaxıstan arasında enerji sahəsində strateji tərəfdaşlıq MÜZAKİRƏ EDİLİB

181239

Azərbaycan və Qazaxıstan energetika nazirlərinin görüşü olub.

Qazaxıstana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov bu ölkənin energetika naziri Almasadam Satkaliyev ilə görüşüb.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişafında enerji sahəsində əməkdaşlığın xüsusi rolu qeyd edilib.

Enerji əlaqələrinin karbohidrogen sektoru ilə yanaşı, bərpaolunan enerji üzrə genişləndirilməsinin Hökumətlərarası Komissiyanın fəaliyyətində prioritet istiqamətlərdən olduğu bildirilib.

Qazaxıstan neftinin Azərbaycandan keçməklə çoxistiqamətli tranziti üzrə praktiki addımlar atılması, bu xüsusda Bakı-Tbilisi-Ceyhan kəməri ilə illik 1,5 milyon ton neftin nəqli ilə bağlı razılaşmanın həyata keçirilməsi, tədarük həcminin tədricən artırılması istiqamətində SOCAR və “KazMunayQaz” arasında əməkdaşlıq yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan Azərbaycana, buradan isə Avropaya ixracı ilə bağlı Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun işlərin gedişatı da nəzərdən keçirilib.

Qafqaz regionu və Mərkəzi Asiyanın enerji sistemlərini sualtı kabel vasitəsilə əlaqələndirən layihənin texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinə başlanması məqsədilə görüləcək tədbirlər müzakirə edilib.
Bundan başqa, Azərbaycan və Qazaxıstanın energetika nazirlikləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsinin hazırlanması ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO