Nazir: “Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük iclası keçirilib”

Nazir: “Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük iclası keçirilib”

Hazırda oxunan: Nazir: “Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük iclası keçirilib”

180696

“Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün 10-cu ildönümündə Cənub Qaz Dəhlizi Məşvərət Şurası tarixində indiyə qədərki ən böyük iclası keçirilib, bu gün iclasda 23 ölkə iştirak etdi”.

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Bu bizə bir çox mesajlar verir. İkinci ildir ki, Azərbaycan yaşıl enerji sahəsində fəaliyyət göstərir. Bu gün, bu qədər sayda ölkə və beynəlxalq şirkətlərin iştirakı bizi sevindirir. Azərbaycanda Prezident İlham Əliyev sayəsində bu sahə ciddi inkişaf edir”, - deyə nazir qeyd edib.
O bildirib ki, bu görüş çərçivəsində Azərbaycanın xüsusilə dəniz küləyinin inkişaf etdirilməsi geniş şəkildə müzakirə edilib və bu istiqamətdə müqavilələr imzalanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO