Azərbaycandan Rusiyaya daha 18 ton yumurta İXRAC EDİLDİ 

Azərbaycandan Rusiyaya daha 18 ton yumurta İXRAC EDİLDİ 

Hazırda oxunan: Azərbaycandan Rusiyaya daha 18 ton yumurta İXRAC EDİLDİ 

170621

Azərbaycandan Rusiyaya "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib.

Bu barədə Bizim.Media Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan Rusiyaya 36 ton yumurta GÖNDƏRİLDİ


Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA-nın sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.

Qeyd edək ki, AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub.
Bu da qida təhlükəsizliyi nəzarəti sisteminin artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğun olmasından irəli gəlir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO