Azərbaycanda ən çox şikayət edilən banklar - SİYAHI 

Hazırda oxunan: Azərbaycanda ən çox şikayət edilən banklar - SİYAHI 

166028

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) mühüm vəzifələrindən biri də maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir. Bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanması qərara alınıb. 

Bizim.Media AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, bu indeks bankların maliyyə dayanıqlığı və kreditləşmə fəaliyyəti ilə bağlı deyildir. 

İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir. 
Mərkəzi Bank öz mandatına uyğun olaraq maliyyə xidmətləri istehlakçılarının bank xidmətləri ilə bağlı şikayətlərini diqqət mərkəzində saxlayır və bu sahədə olan trendləri daimi əsasda təhlil edərək müvafiq tədbirlər görür. 

Ən çox şikayət edilən banklar siyahısının ilk sıralarında Bank VTB (Azərbaycan ), Bank BTB, Bank of Baku, Accessbank, Azərbaycan Sənaye Bankı, Yelo Bank, Expressbank, Turanbank, Unibank, Bank Respublika və digərləri yer alır.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO