Mərkəzi Bankdan MÜHÜM AÇIQLAMA – Manat UCUZLAŞIB?

Mərkəzi Bankdan MÜHÜM AÇIQLAMA – Manat UCUZLAŞIB?

Hazırda oxunan: Mərkəzi Bankdan MÜHÜM AÇIQLAMA – Manat UCUZLAŞIB?

165620

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində manatın məzənnəsi nominal olaraq Türkiyə lirəsinə, Qazaxıstan tengəsinə, Rusiya rubluna, Yaponiya yeninə, Çin yuanına qarşı bahalaşmış, avroya, İngiltərə funt-sterlinqinə, İsveçrə frankına və Gürcüstan larisinə qarşı ucuzlaşıb.

Manat niyə ucuzlaşıb? 

Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən maliyyə sektoru üzrə hüquqşünas Əkrəm Həsənov isə manatın məzənnəsində dəyişiklik olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Yaşayış minimumundakı artım inflyasiya ilə UYĞUNDUR? – TƏHLİL 


“Manatın məzənnəsi dollarla bağlıdır. Dollar hansı valyutalara nisbətən ucuzlaşırsa, manat da ona uyğun ucuzlaşır. Yaxud da əksi baş verir. Bir sözlə, Azərbaycanda üzən məzənnə yoxdur. Hazırda isə 1 dollar 1,7 manatdır. Buna da uyğun olaraq, digər valyutaların məzənnəsi dəyişir. Dəyişmələr Azərbaycan iqtisadiyyatından və digər amillərdən asılı deyil. Ölkəmizdə məzənnə dolların dünya üzrə vəziyyətindən asılıdır”.

Onun sözlərinə görə, manatın ucuzlaşmasını və ya bahalaşmasını bəzi hallarda söyləmək olar:

“Əgər dollarla nisbətdə dəyişiklik baş verərsə, o zaman da bu barədə danışmaq olar. Biz buna ilk dəfə 2015-2016-cı illərdə şahidlik etmişdik. Hazırda isə belə bir vəziyyət yoxdur”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO