“AZAL”ın İNHİSARÇILIĞINA SON - İnvestesiya Holdinqinin növbəti addımı

Hazırda oxunan: “AZAL”ın İNHİSARÇILIĞINA SON - İnvestesiya Holdinqinin növbəti addımı

16517

“Nəqliyyat şirkətlərinin eləcə də “AZAL”ın İnvestesiya Holdinqinə verilməsi ilə dövlət büdcəsindən asılılıqları azalacaq. Bir sözlə, daha dövlətə yük olmayacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli söyləyib.

Şirkətlərin İnvestesiya Holdinqinə verilməsinin əsas məqsəd budur ki, dövlət şirkətləri ziyanla işləməsinlər və dövlətdən dotasiya almasınlar.

Həm də normal biznes qaydalarına uyğun olaraq fəaliyyət göstərilməsinə şərait yaradılsın:

“”AZAL”a gəldikcə isə şirkətin kifayət qədər inhisarçılıq mövqeyində olmasına, dövlətdən yardım və dotasiyalar almasına baxmayaraq hətta ziyanla işləyirdi. Dövlətdən yardım alasan və ziyanla işləyəsən, bu, nadir görünən bir hadisədir”. 

Ekspert deyir ki, “AZAL”ın  İnvestesiya Holdinqinə verilməsində qaranlıq qalan məsələ idarəçilikdir:

“Növbəti mərhələdə yaradılan Müşahidə Şurasının səlahiyyəti və məsuliyyəti məsələsi həll olunmalıdır. İndi bir az qeyri-müəyyənlik yaranıb. Hələlik “AZAL” rəhbərliyi nə iş görəcəyi, Müşahidə Şurası və yaxud da İnvestesiya Holdinqinin hansı işlərdə cavabdehlik daşıyacağı bilinmir. Səlahiyyət və məsuliyyət bölgüsü çox aydın şəkildə olmalıdır”. 

N. Cəfərli əlavə edir ki, idarəçilik bölgüsü aparılarkən “AZAL”ın inhisarçı mövqeyinə son qoyulması da əsas hədəf olmalıdır.

Ölkədə biletin qiymətinin yüksək olmasının əsas səbəbləri “AZAL”ın həm uçuşlarda, həm yerüstü xidmətlərdə söz sahibi olmasıdır ki, digər ucuz uçuşlar həyata keçirən aviaşirkətlərin bazara daxil olub fəaliyyət göstərməsində problemlər yaranır. Növbəti addım kimi, inhisarçlıq həll olunsa, qiymətlərin ucuzlaşmasının şahidi olacağıq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO