Ucuzlaşması GÖZLƏNİLİRDİ... – Bəs, balığın qiyməti NİYƏ BAHALAŞIR?

Ucuzlaşması GÖZLƏNİLİRDİ... – Bəs, balığın qiyməti NİYƏ BAHALAŞIR?

Hazırda oxunan: Ucuzlaşması GÖZLƏNİLİRDİ... – Bəs, balığın qiyməti NİYƏ BAHALAŞIR?

164343

Payız mövsümü ilə əlaqədar ölkədə balıq və balıq məhsullarına tələb getdikcə artmaqdadır. Amma buna baxmayaraq, qiymətlərdə fərqlilik özünü ciddi şəkildə göstərməkdədir. 

Qiymətlər necədir?

Paytaxt bazarlarında apardığımız müşahidələr, ötən ilə nisbətən bu il bəzi balıq növlərinin baha, bəzilərinin isə ucuz olduğunu göstərir. Belə ki, süni göl şəraitində yetişdirilən Xanı balığı 5 və ya 6 manata satılır.
 

MÖVZU İLƏ BAĞLI:

Pulcuqsuz balıqlar niyə HARAMDIR? – AÇIQLAMA   


Ancaq sazan və sudak balıqlarının qiyməti yetişdirilmə şəraitinə görə dəyişir. Belə ki, süni göl şəraitində yetişdirilən sazan 5 manata, çayda təbii şəraitdə yetişdirilən sazan isə 10 manatadır. Çayda yetişən sudakın qiyməti isə ölçüsünə görə 7-14 manat arasındadır. İrandan gətirilən farel balığı isə 10-12 manata təklif olunur.

Xəzər dənizində yetişdirilən kütüm balığı 10-14 manata, süni göldə yetişdirilən kiçik farel balığı isə 8-10 manatadır. Belamur 10 manat, Xanı balığı isə 8 manatdır. Ağ balıq (beluqa) isə daha baha qiymətə təklif olunur. Belə ki, bütöv şəkildə 25-30 manat, çəki ilə isə 40-45 manatadır. 
Göründüyü kimi, paytaxtın balıq bazarında qiymətlər stabil deyil və həm yetişdirilmə şəraitinə, həm də çəkisinə görə, ciddi fərqlər mövcuddur.

Qiymət fərqinin səbəbləri  

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli, son illər bu sahənin göl balıqçılığı hesabına xeyli genişləndiyini, Xəzər dənizində isə kəskin şəkildə aşağı düşdüyünü bildirib.

“Göl balıqçılığında əsasən yemlərdən istifadə olunur. Yemlərin isə qiyməti yüksəkdir. Bu sahə ilə məşğul olan sahibkarların xərci böyük olduğu üçün, qiymətləri artırmağa çalışırlar. Onlar öz aralarında Karter sövdələşməsi apara bilmədikləri üçün yalnız istehsal xərcini hesablayır və buna uyğun qiymət müəyyənləşdirirlər. Bir göl balığının 5-7 manat arasında satılmasının bir səbəbi budur. Digər səbəbi isə tələbatın artması bağlıdır”. 

Bəzi ekspertlər belə fikir səsləndirirlər ki, süni göllərdə yetişdirilən balıqla çaylarda və dənizdə təbii şəraitdə yetişdirilən balıq arasında xeyli fərq var və bu da özünü həm heyfiyyətində, həm çəkisində, həm də qiymətində göstərir. Belə ki, göl balıqları yağlılığına, dəniz və çay balıqları isə yüksək keyfiyyətinə görə fərqlənirlər. Buna görə də göl balığı nə qədər baha olsa da, dəniz və çay balıqlarından xeyli ucuzdur… 

Bunun səbəblərini açıqlayan müsahibimiz bildirib ki, göl balıqçılığında yemləmə nə qədər intensiv olarsa, bir o qədər qısa müddətdə çəki artırmaq olur:

“Bu sahədə primitiv üsullardan daha çox istifadə olunur və göllər nadir hallarda təmizlənir. Digər ölkələrdə isə belə deyil və vaxtaşırı təmizləmə aparılır. Buna görə də balıqda qoxu olmur. Axar sularda isə balıq təbii yetişdiyi üçün təmiz qalır və dadlı olur. Bu da dadında, çəkisində və qiymətində ciddi fərq yaradır”. 

Müsahibimiz, əksər ölkələrdə balıqçılığın, əsasən də süni göllərin kənd təsərrüfatına aid olduğunu qeyd edib:

“Ona görə ki, bu göllər kənd təsərrüfatı torpaqlarında yerləşir. Bu baxımdan da onlara subsidiyaların verilməsi məsələsini hökumət həll etməlidir. İndiki halda isə onlar yetişdirdikləri balığı normal qiymətə satırlarsa, subsidiyaya ehtiyacları yoxdur. Bu vəsait o zaman onlara verilər ki, yetişdirdikləri balığı məcburiyyət qarşısında aşağı qiymətə satsınlar və zərərlə işləsinlər. Əgər bizneslərini genişləndirmək və daha yaxşı şərait istəyirlərsə, o zaman hökumət onlara sərfəli, faizsiz və ya aşağı faizsiz kreditlər təklif verə bilər”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO