“Azərbaycan iqtisadi inkişafa görə dünyada lider mövqeyə malik olub” -  Samir Nuriyev

“Azərbaycan iqtisadi inkişafa görə dünyada lider mövqeyə malik olub” -  Samir Nuriyev

Hazırda oxunan: “Azərbaycan iqtisadi inkişafa görə dünyada lider mövqeyə malik olub” -  Samir Nuriyev
159800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan uzun illər iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik olub”.

Bizim.Media xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2003-2022-ci illərdə Azərbaycanda Ümumi Daxili Məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib:

“2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. 2003-cü il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5.5%-ə enib, orta aylıq əmək haqqı 77,4 manatdan 839.4 manata yüksəlib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO