Türk Dövlətləri Təşkilatının illik gəliri 1,5 trilyon dollardır - Türkiyəli nazir

Türk Dövlətləri Təşkilatının illik gəliri 1,5 trilyon dollardır - Türkiyəli nazir

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatının illik gəliri 1,5 trilyon dollardır - Türkiyəli nazir
157024
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türk Dövlətləri Təşkilatı çərçivəsində iş birliyinin artırılması üçün atılacaq addımlar vacibdir. Ən çox gələcək vəd edən sahə isə kənd təsərrüfatı sahəsidir.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ll Türk dövlətləri Aqro Biznes Forumunda çıxışı zamanı bildirib.

"Türk Dövlətləri Təşkilatı olaraq 170 milyondan artıq əhalimiz var. 1,5 trilyon dollardan artıq gəlirimiz var. 1,2 trilyon dollara çatan ticarət həcmimiz var. Bunlarla biz çox vacib potensiala malikik. Ölkələrimiz arasında aşkar edilməsi lazım olan ciddi bir potensial var. Xüsusilə toxumçuluq, su məhsulları, kənd təsərrüfatı texnikaları və oxşar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə inanıram. 
Ölkələrimiz arasında bu ticarətin artırılması üçün şirkətlərimizin tanıdılması çox vacibdir. Ortaq halal infrastrukturun qurulması, ticarətdə texniki maneələrin aradan qaldırılması üçün İslam ölkələri Standartları ilə birgə əməkdaşlıq qurulmasının bizə fayda verəcəyinə inanıram", - deyə qardaş ölkənin naziri əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO