Dövlət əmlakının özəlləşdirilməsi yolu ilə büdcə daxilolmalarının həcmi AÇIQLANDI 

Dövlət əmlakının özəlləşdirilməsi yolu ilə büdcə daxilolmalarının həcmi AÇIQLANDI 

Hazırda oxunan: Dövlət əmlakının özəlləşdirilməsi yolu ilə büdcə daxilolmalarının həcmi AÇIQLANDI 
151917
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində 31 hərrac keçirilib.

Bu barədə Bizim.Media-ya Dövlət Xidmətindən bildirilib.

Hərraclarda 8 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi və 303 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin 7 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 167 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 35 onlayn qoşulma reallaşıb.

2023-cü ilin yanvar-iyul ayları ərzində hərrac vasitəsilə 28 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 69 milyon manat təşkil edib. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.

Dövlət əmlakının özəlləşdirilməsi yolu ilə büdcə daxilolmalarının həcmi AÇIQLANDI  - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO