“Şahdəniz” üzrə fəaliyyətlərə 1,6 milyard dollar vəsait xərclənib - SON 6 AYDA

Hazırda oxunan: “Şahdəniz” üzrə fəaliyyətlərə 1,6 milyard dollar vəsait xərclənib - SON 6 AYDA

149295

2023-cü ilin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 208 milyon dollar əməliyyat xərcləri və təxminən 408 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Bizim.Media BP-nin cari ilin birinci yarısının yekun hesabatına istinadən xəbər verir ki, birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün “Bakı-Tbilisi-Ceyhan”a (BTC)və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin ilk altı ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib.
Qeyd edək ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyard) standart kubmetrdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO