“İnnovasiyalar Mərkəzi” ilə

“İnnovasiyalar Mərkəzi” ilə "Azərlotereya" ASC arasında memorandum imzalanıb

Hazırda oxunan: “İnnovasiyalar Mərkəzi” ilə "Azərlotereya" ASC arasında memorandum imzalanıb
147290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”  ilə "Azərlotereya" ASC arasında memorandum imzalanıb. 

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan mərasimdə müqaviləni “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.  

Memorandumun əsas məqsədi ölkəmizdə startap ekosisteminin inkişafına və vətəndaşların maarifləndirilməsinə yardım edən müasir pedaqoji və informasiya-kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirməkdir. 

“İnnovasiyalar Mərkəzi” ilə ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın birgə əməkdaşlığı ideyalar, biliklər və vərdişlərlə təcrübə mübadilələrinin həyata keçirilməsinə, müasir cəmiyyət, təhsil və sənayedə informasiya texnologiyalarının tətbiqi ilə vətəndaşların maarifləndirilməsi niyyətinin reallaşmasına xidmət edəcək. 
Memorandum çərçivəsində  müxtəlif sahələrdə startapların, cəmiyyət üçün faydalı olacaq, dünya bazarına çıxarıla biləcək layihələrin dəstəklənməsi planlaşdırılır.

“İnnovasiyalar Mərkəzi” ilə
“İnnovasiyalar Mərkəzi” ilə

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO