Silk Way West Airlines L3Harris şirkətini seçdi

Silk Way West Airlines L3Harris şirkətini seçdi

Hazırda oxunan: Silk Way West Airlines L3Harris şirkətini seçdi

141799

Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan Silk Way West Airlines 777-200LR Interchange Reality7e Tam Uçuş Simulyatorunu sifariş etmək üçün L3Harris şirkətini seçdi. Simulyator Milli Aviasiya Akademiyasında yerləşən Pilotların Hazırlığı Mərkəzində öz sinfində ən yaxşı təlim təcrübəsi təqdim edəcək. 

Bizim.Media xəbər verir ki, Boeing 777-F Reality7e tam uçuş simulyatoruna Boeing 777-200LR Interchange daxildir, bu da Silk Way West Airlines şirkətinə əməliyyat proseslərini öyrətmək imkanı ilə yanaşı, digər B777-F və 777-200LR operatorlarına təlimlərin keçirilməsi fürsəti yaradacaq.

Simulyatorun 2024-cü ilin sentyabr ayına qədər quraşdırılması və istifadəyə verilməsi planlaşdırılır. Bu avadanlıq Silk Way West Airlines-ın təcrübəli və yeni pilotlarının təlim imkanlarını genişləndirərək, onlara Avropada aviasiya xidmətlərinə artan tələbata ayaqlaşmaq fürsəti yaradacaq. 
“Silk Way West Airlines” şirkətinin maliyyə direktoru Mirsəməd Mövsümzadə bəyan etdi: “Ekipaj xərclərimizi optimallaşdırmaqda bizə əvəzsiz üstünlük verəcək bu müqaviləni imzalamaqdan məmnunuq.

Bundan əlavə, bu simulyatorun Bakıda olması ekipaj hazırlığının planlaşdırılmasında daha çox çeviklik və rahatlıq gətirir. Səmərəliliyimizi artırmaq üçün bu mükəmməl bir seçimdir”. 

Silk Way West Airlines haqqında: 

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.

Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb.
Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib. 

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir. Silk Way West Airlines şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com saytına daxil olun. 

L3Harris Technologies haqqında: 

L3Harris Technologies qlobal aerokosmik və müdafiə sənayesi üçün etibarlı innovativ şirkətdir. Müştərilərin əsas ehtiyaclarını həmişə nəzərə alaraq, 46.000 işçi heyətindən ibarət olan şirkət, kosmos, hava, yerüstü, dəniz və kiber domenləri birləşdirən texnoloji həllər təqdim edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO