Azərbaycanda inflyasiyanın əsas səbəbləri AÇIQLANDI

Azərbaycanda inflyasiyanın əsas səbəbləri AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda inflyasiyanın əsas səbəbləri AÇIQLANDI
137726
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Proqnozlarla bağlı bizə tutulan iradları müəyyən mənada qəbul edirəm. Amma Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun verdiyi proqnozların da heç biri özünü doğrultmur. O cümlədən ölkələr üzrə...”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, keçən il baş verən müharibələr reallığı heç bir səviyyədə proqnozlaşdırmağın mümkün olmadığını deməyə əsas verir.

Elnur Əliyev inflyasiya ilə bağlı məsələyə də aydınlıq gətirib: 

“İnflyasiya ilə bağlı dinləmə keçirilməsi fikrini qəbul edirəm. Ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, bizim bu sahədə əsas tərəfdaşlarımız Rusiya və Qazaxıstandır. 

Həmin bazarda hazırda məhdudiyyət və qadağalar var. Türkiyədən Azərbaycana idxalın strukturu əczaçılıq məhsulları, maşınqayırma məhsulları və s.-dir. 

Türkiyədə ötən il inflyasiya 70%-dən çox olub, bu da bizə gələn məhsulların qiymətinin artmasına səbəb olur. Ötən il tikinti, turizm və nəqliyyat-daşımacılıq sektorundan böyük artımlar var və bu sahədə vergi daxilolması çox olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO