Dövlət Komitəsi tədbirlərin keçirilməsi üçün 1 milyon manat AYIRDI – TENDER/FOTO 

Dövlət Komitəsi tədbirlərin keçirilməsi üçün 1 milyon manat AYIRDI – TENDER/FOTO 

Hazırda oxunan: Dövlət Komitəsi tədbirlərin keçirilməsi üçün 1 milyon manat AYIRDI – TENDER/FOTO 
137554
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “2023-cü il ikinci yarım illikdə olan müvafiq dövlət proqramlarının öhdəlikdə olan bəndlərinin icrası məqsədilə və fəaliyyət istiqamətindən irəli gələn əlamətdar günlər üzrə tədbirlərin təşkilinin satın alınması” üçün martın 27-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 959 min 576 manat olan tenderin qalibi “Şahdağ Mehmanxana” MMC (VÖEN - 4500264531) olub.  

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, Dövlət Komitəsi tərəfindən cari il ərzində “Şahdağ Mehmanxanası MMC-nin inzibati binasında bir sıra dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub.  

Bunların sırasına “11 oktyabr Beynəlxalq Qızlar Günü” münasibətilə qızların təhsilinə dəstək kampaniyası, 110 uşağın iştirakı ilə “20 Noyabr  - Uşaq hüquqları günü”nə həsr edilmiş maarifləndimə və Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbirləri, AR regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın 7.1.61-cı bəndinin icrası məqəsdilə Bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının işinin gücləndirilməsi üçün seminar, Qadınların VI Forumunun və digər tədbirlər daxildir. 

Qeyd edək ki, 3 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınan  “Şahdağ Mehmanxana” MMC-nin ünvanı Quba rayonu, Yusif Qasımov küçəsində yerləşir.  

Dövlət Komitəsi tədbirlərin keçirilməsi üçün 1 milyon manat AYIRDI – TENDER/FOTO  - foto 1

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO