Azərbaycan Tibb Universiteti kompüterlərə 950 min manat XƏRCLƏYƏCƏK – TENDER/FOTO

Azərbaycan Tibb Universiteti kompüterlərə 950 min manat XƏRCLƏYƏCƏK – TENDER/FOTO

Hazırda oxunan: Azərbaycan Tibb Universiteti kompüterlərə 950 min manat XƏRCLƏYƏCƏK – TENDER/FOTO

136498

Azərbaycan Tibb Universiteti informasiya texnologiyaları avadanlıqlarının satın alınması və quraşdırılması üçün 950 min manat xərcləyəcək.

Bizim.Media xəbər verir ki, ATU-nun bu məqsədlə aprelin 10-da elan etdiyi tenderin qalibi “Concept Financial Group” MMC (VÖEN: 2006966021) olub. 

Tərəflər arasında bağlanacaq və ümumi dəyəri 949 min 988 manat olan satınalma müqaviləsinə əsasən, şirkət ATU-nu fərdi komputerlər, eləcə də prenter, mause, klaviatura, komputer üçün kamera və qulaqcıqlar, monitor, noutbuk, İT manager üçün lazım olan Tool Kit, Switch və digər 23 adda avadanlıqlarla təhciz edəcək. 

Qeyd edək ki, internet resurslarında mərkəzi ofisi Londonda yerləşən şirkətin Bakı filialı olan “Concept Financial Group” MMC barədə heç bir məlumat yoxdur.

Yalnız taxes.gov.az saytında şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alındığı əks olunub. 


Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO