Palata: Azərbaycanda buğda istehsalı və ehtiyatı azalıb

Palata: Azərbaycanda buğda istehsalı və ehtiyatı azalıb

Hazırda oxunan: Palata: Azərbaycanda buğda istehsalı və ehtiyatı azalıb
130176
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2021-ci ildə ölkə üzrə ümumi buğda əkini sahəsinin həcmi 572 min 309 hektar olmaqla 2020-ci illə müqayisədə 16 min 106 hektar və ya 2,7%, 2019-cu illə müqayisədə isə 97 min 711 hektar və ya 14,6% azalıb.

Bizim.Media Hesablama Palatasına istinadən xəbər verir ki, istehsal olunmuş buğdanın miqdarı 2021-ci ildə 1885,4 min ton təşkil edərək 2020-ci ilə nisbətən 18,1 min ton və ya 1% artsa da, 2019-cu illə müqayisədə 286,1 min ton və ya 13,2% azalıb.

Qeyd edək ki, bu dövrdə ölkədaxili tələbatın bir hissəsi ehtiyatların hesabına təmin edilməklə buğda statistik balansı üzrə ehtiyatın qalığı 62,3% azalaraq 01.01.2022-ci il tarixinə 325,7 min ton (eləcə də bütün növ un ehtiyatının qalığı 23,3% azalaraq 359,5 min ton) təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO