Fevralda SOCAR qaz hasilatını 3%-ə yaxın azaldıb

Fevralda SOCAR qaz hasilatını 3%-ə yaxın azaldıb

Hazırda oxunan: Fevralda SOCAR qaz hasilatını 3%-ə yaxın azaldıb

129352
Dövlət Neft Şirkəti (SOCAR) 2016-ci ilin fevral ayında 504,4 milyon kubmetr qaz hasil edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 14,7 milyon kubmetr və ya 2,8% azdır.

Bu barədə Moderator.az-a SOCAR-dan bildirilib.

SOCAR bildirir ki, 2016-ci ilin fevral ayında Azərbaycan üzrə qaz hasilatı 2 milyard 368 milyon kubmetr təşkil edib. Bu da 2015-ci ilin anoloji dövrü ilə müqayisədə 38 milyon kubmetr vəya 1,6% artım deməkdir.

Qeyd edək ki, ötən ilin fevral ayında şirkət 519,1 milyon kubmetr qaz hasil edib. Analoji dövrdə Azərbaycan üzrə qaz hasilatı isə 2 milyard 330 milyon kubmetr təşkil edib. 

Cari ildə isə şirkət 1 milyon 47,5 min kubmetr qaz hasil edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 41,8 min kubmetr azalma deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO