Azərbaycanda mal-qaranın sayı son 10 ilin ən aşağı həddinə düşüb - İQTİSADÇI

Azərbaycanda mal-qaranın sayı son 10 ilin ən aşağı həddinə düşüb - İQTİSADÇI

Hazırda oxunan: Azərbaycanda mal-qaranın sayı son 10 ilin ən aşağı həddinə düşüb - İQTİSADÇI
124186
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Son 10 ildə kənd təsərrüfatı heyvanlarının sayı son 10 ilin ən aşağı həddinə düşüb”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. Ekspert heyvanların sayının azalması səbəblərini belə izah edib:
 

MÖVZU İLƏ BAĞLI:

Bölgələrdə ətin qiyməti qalxıb - SƏBƏBİ AÇIQLANDI - VİDEO


“Səbəblər çoxdur, amma başlıca səbəb yem məhsulları amilidir, o cümlədən örüş sahələrinin azalması məsələləridir. Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2 678 000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2 417 000 hektara enib, yəni 261 000 hektar azalıb. 261 min hektar heyvandarlıq üçün çox böyük sahədir”. 

Statistika Komitəsinin məlumatına görə 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xirdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub.

Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon,  xırdabuynuzlu heyvanların sayı isə 8,67 milyon idi. Toplasaq görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO