Azərbaycan Serbiyada elektrik stansiyasının tikintisində iştirak edəcək - FOTO

Azərbaycan Serbiyada elektrik stansiyasının tikintisində iştirak edəcək - FOTO

Hazırda oxunan: Azərbaycan Serbiyada elektrik stansiyasının tikintisində iştirak edəcək - FOTO
110906
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Serbiyada yeni tikiləcək elektrik stansiyası layihəsində müştərək fəaliyyətin təşkili və bu məqsədlə birgə işçi qrupunun yaradılmasında iştirak edəcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinisa Mali və mədən və energetika naziri Dubravka Djedovic ilə keçirilən görüşdə müzakirə aparılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Pərviz Şahbazov serbiyalı həmkarını Cənub Qaz Dəhlizi ilə bağlı Nazirlərin iclasına DƏVƏT ETDİ


Görüşdə Serbiya və Azərbaycan dövlətləri arasında münasibətlərin çox yüksək səviyyədə olması və bu əməkdaşlığın artıq dostluq əlaqələrinə çevrilməsi qeyd olunub. 

Daha sonra hər iki ölkənin enerji sistemləri barədə məlumatlar verilərək geniş fikir mübadiləsi aparılıb. 

Elektrik enerjisinin Azərbaycandan Serbiyaya ixracının yaxın zamanda həyata keçirilməsi və ölkəmizin Avropaya yeni çıxış imkanı yaradacaq enerji dəhlizlərində iştirakı barədə də müzakirələr aparılıb. 
Görüşdə iki dövlət arasında mövcud strateji əməkdaşlıq çərçivəsində elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət qurumları və şirkətlərin ölkələrarası işgüzar əlaqələrin möhkəmləndirilməsindəki mühüm rolu qeyd edilib. 

Bizim.Media

Azərbaycan Serbiyada elektrik stansiyasının tikintisində iştirak edəcək - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO