Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın inkişafına TƏKAN VERİLƏCƏK

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın inkişafına TƏKAN VERİLƏCƏK

Hazırda oxunan: Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın inkişafına TƏKAN VERİLƏCƏK
101355
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 26-da Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyədə keçirilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisi çərçivəsində Pakistan İslam Respublikasının müdafiə istehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşündə nazirlər iki ölkənin Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün səylərin artırılacağını bildiriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. 

Məlumata görə, sonra qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb. 

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər. 

Qeyd edək ki, oktyabrın 25-dən 28-dək İstanbulda təşkil edilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisinə 25-dən çox ölkədən 1 000-ə yaxın yerli və xarici şirkət qatılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO