Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu - NƏTİCƏLƏR

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu - NƏTİCƏLƏR

Hazırda oxunan: Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu - NƏTİCƏLƏR
92037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun son matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən qonaqların yarımmüdafiəçisi İsnik Alimi açıb. 10 dəqiqə sonra "qartallar"dan Rəhim Sadıxov tarazlığı bərpa edib. Matçda son nöqtəni də Azərbaycan millisinin üzvü qoyub. 74-cü dəqiqədə fərqlənən yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.

3 oyunluq qələbə həsrətinə son qoyan "Zirə" xallarını 7-yə çatdıraraq, 6-cı pilləyə yüksəlib. Ardıcıl 2-ci məğlubiyyətini alan "Qəbələ" isə 9 xalla 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"ə, "Turan Tovuz" "Şamaxı"ya 1:0, "Neftçi" "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib. "Sabah" - "Səbail" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO