“Real Madrid” klubu 395 milyon avro itirdi

“Real Madrid” klubu 395 milyon avro itirdi

Hazırda oxunan: “Real Madrid” klubu 395 milyon avro itirdi

8804

İspaniyanın “Real Madrid” klubunun son 3 yay transfer dönəmindəki keçidləri ilə bağlı araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, “kral klubu”nun bu müddətdə ümumilikdə 395 milyon avro itirdiyi bildirilib.

Çünki son 3 ilin transferlərindən yalnız ikisi – qapıçı Tibo Kurtua və müdafiəçi Ferlan Mendi daimi əsas heyət üzvünə çevrilə bilib.

Komanda 2020-ci ilin yayında transfer etmədiyindən (yalnız “Real Sosyedad”da icarədə olan Martin Ereqor qayıdıb), pulun hamısı 2018 və 2019-cu illərdə xərclənib. 

2018-ci ildə Vinisyus Junior, Alvaro Odriozola, Mariano Dias və Brayam Dias, növbəti ilin yayında isə Eden Azar, Luka Yoviç, Eder Militao, Rodriqo Qoes və Renyer heyətə cəlb olunub.

Uğursuz keçid sayılan adıçəkilən futbolçuların hamısının transfer qiyməti aşağı düşüb.

Qeyd edək ki, baş məşqçi Zinəddin Zidanın ilk dəfə Çempionlar Liqasının qalibi olduğu 2015-ci ildə start heyət üzvləri olan Serxio Ramos, Luka Modriç, Dani Karvahal, Kasemiro, Kərim Benzema və Toni Kroos hələ də əvəzedilməzdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO