V İslam Həmrəyliyi Oyunları: Medal sıralamasında TÜRKİYƏ liderdir

V İslam Həmrəyliyi Oyunları: Medal sıralamasında TÜRKİYƏ liderdir

Hazırda oxunan: V İslam Həmrəyliyi Oyunları: Medal sıralamasında TÜRKİYƏ liderdir
87619
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəsmi açılış mərasimi bu gün Türkiyənin Konya şəhərindəki Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında medal qazanmağı bacaran 14 ölkə idmançıları var.

Bizim.Media xəbər verir ki, avqustun 18-dək davam edəcək oyunların medal sıralamasına Türkiyə başçılıq edir. Təşkilatçı ölkənin hesabında 11 qızıl, 7 gümüş və 4 bürünc medal var. İlk üçlükdə Qazaxıstan (5-1-4) və Özbəkistan (3-2-4) qərarlaşıb.

İran (2-7-2) dördüncü, Birləşmiş Ərəb Əmirlikləri (2-1-1) beşinci, Bəhreyn (1-1-2) altıncı, Uqanda (1-1-1) isə yeddinci pillədə yer alıblar.

Azərbaycan 1 qızıl medalla səkkizincidir. Qızıl medalı komandamıza atletika üzrə millimizin üzvü Anna Skidan çəkicatma yarışlarında qazandırıb. Bu qalibiyyətlə o, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub.
Hesabında 1 gümüş və 2 bürünc medal olan Malayziya və Səudiyyə Ərəbistanı 9-10-cu pilləni bölüşürlər.

V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO