Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının iclası keçirildi - FOTO

Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının iclası keçirildi - FOTO

Hazırda oxunan: Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının iclası keçirildi - FOTO
87418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 7-də Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) 11-ci Baş Assambleyasının iclası keçirilib. Tədbirdə 5-ci İslam Həmrəyliyi İslam Oyunlarının iştirakçıları olan bütün Olimpiya Komitələri təmsil olunub.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, Türkiyə Cümhuriyyətinin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlıq Təşkilatının rəsmi səfiri Tariq Ali Bakheet və İSSF-in prezidenti Zat Alliləri Şahzadə Abdulaziz Bin Turki Al Faisal Al Saudun rəsmi çıxışlarından sonra “Konya-2022” Əməliyyat Komitəsinin hesabatı təqdim edilib.

Daha sonra İSSF-in nizamnaməsinə olan dəyişikliklər haqda məlumat verilib və məsələnin daha geniş şəkildə avqustun 8-də təşkil ediləcək seminarda müzakirə ediləcəyi bildirilib.

Günün sonunda “Konya-2022” İslam Ölkələri İdman Paytaxtına dair tərəflər arasında imzalama mərasimi baş tutub.

Baş Assambleyada Azərbaycanı MOK-un vitse-prezidenti və İSSF 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və Beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov təmsil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO