Nazir şahmat millimizin üzvləri ilə görüşdü

Nazir şahmat millimizin üzvləri ilə görüşdü

Hazırda oxunan: Nazir şahmat millimizin üzvləri ilə görüşdü
85427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gənclər və idman naziri Fərid Qayıbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanı təmsil edəcək milli komandanın üzvləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, şahmatçıları salamlayan F.Qayıbov onların hazırlığı ilə maraqlanıb, qarşıdakı yarışda uğurlar arzulayıb. Şahmatçılarla fikir mübadiləsi aparan nazir onların suallarını cavablandırıb.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov həm kişi, həm də qadın yığma komandaların üzvlərini təqdim edib. Bildirib ki, hər iki kollektivin heyəti yetərincə təcrübəli şahmatçılardan ibarətdir.
Görüşdə nazir müavini Mariana Vasileva, AŞF-nin vitse-prezidenti Faiq Həsənov və baş katibi İlahə Qədimova da iştirak ediblər.

Qeyd edək ki, Şahmat Olimpiadası iyulun 28-dən avqustun 10-dək Hindistanın Çennay şəhərində keçiriləcək. Kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov cəlb olunub. Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva çıxış edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO