İrlandiyalı jurnalist Rusiyaya görə Polşanın Baş nazirini tənqid etdi

İrlandiyalı jurnalist Rusiyaya görə Polşanın Baş nazirini tənqid etdi

Hazırda oxunan: İrlandiyalı jurnalist Rusiyaya görə Polşanın Baş nazirini tənqid etdi
645372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İrlandiyalı jurnalist Çey Bouz Polşanın Baş naziri Donald Tuskun Konstitusiya Məhkəməsi ətrafında yaranan böhrana Rusiyanın da aidiyyəti olduğu barədə açıqlamasını kəskin tənqid edib.

Bizim.Media xəbər verir ki, jurnalist bu versiyanı gözlənilən, lakin absurd adlandırıb.

“Və nə qədər təəccüblüdür ki, yenə hər şeydə ruslar günahkardır. Bu addım gözlənilən idi, amma yenə də məntiqsizdir.

O, qanuni seçilmiş prezident təyyarədə olarkən əsas dövlət qurumunu güc yolu ilə nəzarətə götürməyə çalışıb. Onu həbs etmək lazımdır”, – Bouz X sosial şəbəkəsində yazıb.
 

Qeyd edək ki, Tusk bundan əvvəl vətəndaşlara müraciətində ölkədə vəziyyəti gərginləşdirməyə çalışan “Rusiyapərəst qüvvələrin” iştirakından danışıb, lakin bununla bağlı heç bir sübut təqdim etməyib.


Polşada hazırkı böhranın əsasını Tuskun rəhbərlik etdiyi avropayönlü liberallarla Prezident Karol Navrotskinin təmsil etdiyi sağ mühafizəkarlar və avroskeptiklər arasındakı uzunmüddətli qarşıdurma təşkil edir.

Gərginlik Konstitusiya Məhkəməsinin sədri Boqdan Sventçkovskinin və onun müavini Bartlomey Soxanskinin vəzifələrindən kənarlaşdırılması cəhdindən sonra başlayıb. Məhkəmənin saytında onların səlahiyyətlərinin dayandırıldığı barədə məlumat yayılsa da, qurumun X hesabında bu məlumat saxta adlandırılıb və baş verənlərin dövlət çevrilişi cəhdinə bənzədiyi bildirilib.

Həmin vaxt Seneqala səfərə gedən Prezident Navrotski təcili olaraq Varşavaya qayıdıb.

Məlumatlara görə, o, bir qədər əvvəl aqressiv kütlənin daxil olmağa çalışdığı ali məhkəmə binasına mühafizəçilərin müşayiəti ilə daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO