“Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatdı – FOTO

“Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatdı – FOTO

Hazırda oxunan: “Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatdı – FOTO
64522
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin paytaxtı Pekində keçirilən 13-cü Qış Paralimpiya Oyunları başa çatıb.

Bizim.Media xəbər verir ki, martın 4-də başlayan “Pekin-2022” Qış Paralimpiya Oyunlarında 46 ölkədən təxminən 564 paralimpiyaçı iştirak edib.

Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunub. Paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparıblar.

Qış Paralimpiya Oyunlarını ev sahibi Çin 18 qızıl, 20 gümüş və 23 bürünc medalla birinci, Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci, Kanada 8 qızıl, 6 gümüş və 11 bürünc medalla üçüncü sırada bitirib. Ümumilikdə 19 ölkənin paralimpiyaçıları medal qazanıblar.

Paralimpiya Oyunları tarixində ilk dəfə bir Asiya ölkəsi medal sıralamasına görə qalib olur.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenaların bir neçəsi və “Olimpiya kəndləri” uyğunlaşdırılaraq Paralimpiya Oyunlarında da istifadə olunub.

Qeyd edək ki, Qış Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən Mehman Ramazanzadə martın 9-da yarışdan əvvəl sonuncu məşqdə aldığı ağır zədə nəticəsində mübarizəyə qoşula bilməyib.

Bizim.Media

“Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatdı – FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO